Milli komanda Qüdsə gedir
08.09.2013 - 12:12
Milli komanda Qüdsə gedir
İsraildə olan milli komandamız bu gün istirahət edəcək. Apasport.az saytının adıçəkilən ölkəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Berti Foqts və onun yetirmələri bu gün tarixi şəhərlərdən olan Qüdsü gəzmək imkanı əldə edəcək.

Komandamız axşam isə Netanya şəhərinə yollanacaq. Çünki millimiz Bakı vaxtı ilə saat 21:00-da başlayacaq U-21-in İsraillə oyununu tribunadan izləyəcək.

Səbuhi TOFİQOĞLU
Təl-Əviv, İsrail