“Azərbaycan yığmasını məğlub edə bilmiriksə, mundiala layiq deyilik”
08.09.2013 - 13:03
“Biz yaxşı oynamadıq. Bu üzdən bağışlanmağa haqqımız çatmır”. Bu sözləri apasport.az saytına açıqlmasında İsrail millisinin yarımmüdafiəçisi Eran Zahavi deyib.
İsrail yığması 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində millimizlə görüşdə yenə xal itirdi. Ramat-Qan şəhərində 1:1 hesablı bərabərlikdən sonra Təl-Əviv “Makkabi”sinin futbolçusu bildirib ki, nəticəyə görə xəcalət çəkirlər: “Biz daha üstün oynadıq. Ancaq bundan yararlana bilmədik. Azərbaycanla hər 2 oyunda heç-heçə etmək utandırıcı haldı. Əgər biz belə komandaları məğlub edə bilmiriksə, onda biz mundialda oynamağa doğrudan da layiq deyilik. Sizin yığmada bəzi futbolçular var ki, qələbə üçün əllərindən gələni etdilər. Bu istək üzündən komandanız bizdən xal qopara bildi”.

0
0