Millimizin İsrail üzərində üstünlüyü
09.09.2013 - 07:56
Millimizin İsrail üzərində üstünlüyü
21 yaşadək futbolçulardan ibarət Avro-2015-in seçmə mərhələsində ilk səfər matçını keçirən Azərbaycan milli komandası İsrail yığmasına 2:7 hesabı ilə uduzduğu qarşılaşmada rəqibindən aşkar zəif olub. Apasport.az saytının məlumatına görə, Netanya şəhərindəki matçda qeydə alınan hesab tam oyuna uyğun olub.

Belə ki, UEFA-nın rəsmi saytının hesabladığı statistik göstəricilərə əsasən meydan sahibləri elə çərçivəyə zərbələrdə də böyük üstünlüyə malik olub. Maraqlıdır ki, hər 2 komanda çərçivəyə düşən zərbələrinin yarısında qola sevinib. Amma millimizin də rəqibindən üstün olan cəhəti olub. Bernard Lippertin yetirmələri rəqibini künc zərbələrinin sayında üstələməyi bacarıb.

İsrail
Azərbaycan
7
Qollar 
2
14
Çərçivəyə zərbələr
4
8
Çərçivədən yan keçən zərbələr
9
22
Ümumi zərbələr
13
3
Künc zərbləri
7
8
Qayda pozuntuları
4
4
Sarı vərəqələr
1
0
Qırmızı vərəqələr
0