“Azərbaycanla qarşılaşma kifayət qədər asan oldu”
09.09.2013 - 08:13
“Azərbaycanla qarşılaşma kifayət qədər asan oldu”
“Azərbaycan milli komandası isə qarşılaşma bizim üçün kifayət qədər asan oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İsrail milli komandasının oyunçusu Munas Dabbur deyib.

Avro-2015-in seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununda 7:2 hesabı ilə qalib gələn israillilərin aparıcı futbolçusu 2 qol vurduğu qarşılaşma haqda fikirlərini açıqlayıb: “Biz sadəcə olaraq qalib gəlmək istəyirdik. Çünki seçmə mərhələni 3 xalla başlamaq arzusunda idik. Nəticədə isə belə hesabla qalib gəldik”.