Azərbaycanlı futbolçu: Spirtli içkilərə aludə olmuşdum
09.09.2013 - 09:41
“Dnepropetrovskdan qayıtdıqdan sonra Oleq Bloxinlə söhbətim oldu. Mənə oynamaq üçün şansımın olduğunu dedi”. Apasport.az saytının məlumatına görə bu sözlər Kiyev “Dinamo”sunun futbolçusu Aleksandr Əliyevə məxsusdur.
Son yarım ili “Dinamo”nun əvəzedici heyətində keçirən soydaşımız Ukrayna mətbuatına açıqlamasında üzləşdiyi problemlərdən danışıb.
Formada olduğu vaxtlarda Ukrayna millisinə dəvət olunan Əliyev spirtli içkilərə aludə olduğu üçün bu vəziyyətə düşdüyünü etiraf edib: “Toplanışı əsas komanda ilə keçdim, ancaq elə ilk məşqdə zədə aldım. Düzdür, məşqçilər korpusu hesab edirdi ki, mən biclik edirəm, zədəm ciddi deyil. Amma həqiqətən ayağım ağrıyırdı, Kiyevdə iki həftə müalicə olundum. Bloxinlə söhbətimdə onların mənə inanmadıqlarını başa düşdüm. İnciklik? Bloxindən niyə inciməliyəm ki? Özümdən inciməliyəm, çünki çox səhvlərə yol verdim. Rejimim pozulmuşdu, spirtli içkilərə aludə olmuşdum. Bunları gizlətmirəm. Artıq içki içmirəm, bunu hər kəs bilir. Ancaq kimsə yazanda ki, kefli halda, əlimdə viski 3 qızın əhatəsində olmuşam, buna sadəcə, gülürəm”.
Qeyd edək ki, Aleksandr Əliyev ötən mövsümə “Dnepr”də başlasa da, dövrələrarası fasilədə “Dinamo”ya dönüb. Lakin rəhbərlik onu əvəzedici komandaya göndərməyi lazım bilib.

0
0