“Azərbaycan futbolunun səviyyəsi əvvəllər belə deyildi” - MÜSAHİBƏ
09.09.2013 - 10:02
İsrail yığmasının sabiq qapıçısı İtshak Vissoker millimizlə oyundan danışıb. DÇ-1970-in iştirakçısı olmuş veteran qolkiper İsrail və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən görüşün fasiləsində apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. O, söhbət zamanı əsasən hər iki ölkənin əsas milliləri arasında baş tutan və “sülh”lə (1:1) bitən görüşü dəyərləndirib.
- Əsas millilərin oyunu haqqında nə deyə bilərsiniz?
- Azərbaycan yığması bizim komanda ilə oyuna düzgün taktika seçmişdi. Müdafiədə komandanız yaxşı çıxış etdi. Heç-heçə sizə lazım idi ki, buna da nail oldunuz. Azərbaycan yığmasında inkişaf hiss olunur. Gənc yaxşı oyunçularınız var.
- Komandamızda hansı oyunçunun çıxışı sizin ürəyinizcə oldu?
- Xoşuma gələn oyunçu yarımmüdafiədə çıxış edir. Nömrəsini xatırlamıram. Ancaq o, mərkəzdə oynayır.
- Sizin komandanızda bir qədər yorğunluq vardı...
- Ola bilər.
- Heç-heçəni ədalətli hesab edirsiniz?
- Bəli. Belə oyunla bu nəticə qaçılmaz idi.
- Yenidən Azərbaycan yığması ilə bir qrupa düşməyinizi istərdiniz? Ən azı qisas məqsədilə...
- Sözün düzü, istəməzdim. Çünki son 5-6 ildə Azərbaycan futbolunda güclü dəyişikliklər hiss olunur. Azərbaycan futbolunun səviyyəsi əvvəllər belə deyildi.
Səbuhi TOFİQOĞLU
İsrail

0
0