“İsrail – Azərbaycan matçının nəticəsinə təəccüblənmədim”
09.09.2013 - 10:28
“İsrail – Azərbaycan matçının nəticəsinə təəccüblənmədim”
“İsrail – Azərbaycan oyununun ilk hissəsini izlədim. Sonra isə yatdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Vladimir Bıstrov deyib.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan şimallıların aparıcı oyunçusu Ramat-Qanda keçirilən İsrail – Azərbaycan matçında qeydə alınan 1:1 hesablı heç-heçəyə münasibət bildirib: “Nəticəyə təəccübləndim? Yox. İndi zəif komanda qalmayıb. İsrail yaxşı təsir bağışladı. Lakin biz onlara deyil, özümüzə baxmalıyıq. Bu üzdən onların necə oynaması bizim üçün vacib deyil”.

Qeyd edək ki, İsrail yığması sabah Rusiya ilə qarşılaşacaq.