“Dənizlispor”da şok: Vitse-prezidenti güllələdilər
09.09.2013 - 11:55
“Dənizlispor”da şok: Vitse-prezidenti güllələdilər
Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun formasını geyindiyi “Dənizlispor” camiəsı növbəti qara xəbərlə sarsılıb. Apasport.az saytının məlumatına görə, mövsümə uğursuz başlayan, ilin sonunadək borclarını ödəməyəcəyi təqdirdə aşağı dəstəyə göndərilmək təhlükəsi ilə üzləşən I divizion təmsilçisinin vitse-prezidenti Mustafa Üstek güllələnib.

İş adamı olan Üstek ötən şənbə günorta saatlarında ofisinə gələn naməlum şəxsin silahlı hücumuna məruz qalıb. Ancaq xoşbəxtlikdə atılan güllələr vitse-prezidentin ayağına tuş gəlib. Təcili xəstəxanaya çatdırılan Üstekin həyati təhlükəsi olmadığı bildirilir. Onu güllələyən şəxs isə artıq könüllü şəkildə polisə təslim olub.

Hadisə ilə bağlı araşdırma aparılır.