Yılmaz Vural: İntihar edirdim, polis silahı əlimdən aldı
09.09.2013 - 12:27
Yılmaz Vural: İntihar edirdim, polis silahı əlimdən aldı
“Özümə qəsd edirdim. Bu hadisədən o qədər təsirləndim ki... Doğrudu, rəsmən intihar edirdim, amma 15 polis gəlib, silahı əlimdən aldılar". Apasport.az saytının məlumatına görə, bu sözləri türkiyəli mütəxəssis Yılmaz Vural deyib.

Tanınmış çalışdırıcı "Kanaltürk"də yayımlanan "Top bizdə" verilişində qonaq olaraq, şok açıqlamalar verib.

O, 2007-ci ildə "Antalyaspor"a rəhbərlik etdiyi vaxt komandanı çətin vəziyyətdən çıxarda bilmədiyi üçün intihara cəhd etdiyini açıqlayıb: "Doğru söyləyirəm, zarafat deyil. Gedişatı dəyişməyə çalışırdım, amma alınmırdı".

Qeyd edək ki, Yılmaz Vural 2007-ci ildə "Antalyaspor"un "Gənclərbirliyi"nə 1:3 hesabı ilə uduzaraq Superliqanlı tərk etməsindən sonra azarkeşlərlə onun arasında qalmaqal yaşanmışdı. Bu olaydan təsirlənən baş məşqçi axşam saatlarında özünə aid tapançanı başına dirəyərək, intihara cəhd etmişdi. Lakin köməkçisi və polislər ona mane olmağı bacarmışdı.