Avropanın 4 yığması mundialın astanasında
09.09.2013 - 14:05
Avropanın 4 yığması mundialın astanasında
Sabah DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitə yığmalarının iştirakı ilə 23 qarşılaşma baş tutacaq.

2 gün əvvəl İsraillə səfərdə heç-heçə edən millimiz (1:1) bu dəfə istirahət edəcək. Lakin yığmamızın mübarizə apardığı F qrupundakı rəqiblərinin iştirakı ilə 2 matç baş tutacaq. Millimizin ümidlərinə böyük zərbə vurduğu israillilər səfərdə Rusiyanın qonağı olacaq.

Mundial şanslarını qorumaq üçün qonaqlar bu matçda qalib gəlməyə məcburdursa, meydan sahibləri 1-ci yer üçün sonadək mübarizə aparmaq iddiasındadır. Digər görüşdə isə millimiz kimi turnir cədvəlinin 2-ci yarısında qərarlaşanlar – Şimali İrlandiya və Lüksemburq görüşəcək. Britaniyalıların qələbəsi komandamızın 4-cü yer arzusuna ciddi zərbə vurmuş olacaq. “Cırtdan ölkə” təmsilçisinin qələbəsi isə millimizi son pilləyə yuvarlaya bilər.

Sabah keçiriləcək oyunlardan Rumıniya – Türkiyə matçına da ölkəmizdə maraq böyükdür. Çətin durumda olan Fatih Terimin yetirmələri pley-off şanslarını saxlamaq üçün səfərdən qələbə ilə dönməlidir. Əks halda, onların işi daha da çətinə düşəcək. Məğlubiyyət isə “ay-ulduzlular” üçün son anlamına gələcək. Çünki 2-ci yerə əsas namizəd olan rumıniyalılar Andorra ilə asan oyunu da qalıb. Üstəlik, Macarıstan da sabah xal hesabını artırmaq imkanına malikdir. Bu qrupun aşkar lideri Hollandiya isə artıq sabah mundiala vəsiqəni təmin edə bilər. Bunun üçün “narıncılar” Andorraya qalib gəlməli, Rumıniya isə xal itirməlidir. Hollandiya heç-heçə etməklə də istəyinə çata bilər. Bunun üçün Türkiyə qalib gəlməli, Estoniya uduzmamalıdır.

Hollandiyadan başqa daha 3 Avropa yığması mundiala vəsiqəni təmin edə bilər. Bu baxımdan yalnız İtaliyanın taleyi öz əlindədir. Çexiyanı udacağı halda, apenninlilər Braziliyadakı yarışa yüksələcək. Almaniya millisi isə Farer adalarını məğlub etməklə yanaşı, İsveçin Qazaxıstanda büdrəməsinə ümid etməlidir. İsveçrə də Braziliyaya vəsiqəni təmin etməsi mümkündür. Bunun üçün onlar Norveçi udmalı, İslandiya isə Albaniya ilə heç-heçə etməlidir.

DÇ-2014-ün seçmə mərhələsi
10 sentyabr
A qrupu


23:30. Makedoniya – Şotlandiya
23:45. Uels – Serbiya


1
Belçika
8
7
1
0
15-2
22
2
Xorvatiya
8
5
2
1
11-5
17
3
Serbiya
8
2
2
4
10-10
8
4
Makedoniya
7
2
1
4
5-8
7
5
Uels
7
2
0
5
7-16
6
6
Şotlandiya
8
1
2
5
4-11
5


B qrupu

21:00. Ermənistan – Danimarka
23:00. Malta – Bolqarıstan
23:45. İtaliya – Çexiya


1
İtaliya
7
5
2
0
13-4
17
2
Bolqarıstan
7
2
4
1
11-5
10
3
Çexiya
7
2
3
2
7-6
9
4
Ermənistan
7
3
0
4
8-9
9
5
Danimarka
7
2
3
2
8-10
9
6
Malta
7
1
0
6
3-16
3


C qrupu

21:00. Qazaxıstan – İsveç
23:45. Avstriya – İrlandiya
00:45. Farer adaları – Almaniya


1
Almaniya
7
6
1
0
25-7
19
2
İsveç
7
4
2
1
13-8
14
3
Avstriya
7
3
2
2
15-8
11
4
İrlandiya
7
3
2
2
13-12
11
5
Qazaxıstan
7
1
1
5
4-16
4
6
Farer adaları
7
0
0
7
3-22
0


D qrupu

23:00. Rumıniya – Türkiyə
23:30. Andorra – Hollandiya
23:30. Macarıstan – Estoniya


1
Hollandiya
7
6
1
0
22-4
19
2
Rumıniya
7
4
1
2
13-10
13
3
Macarıstan
7
3
2
2
13-11
11
4
Türkiyə
7
3
1
3
12-7
10
5
Estoniya
7
2
1
4
5-11
7
6
Andorra
7
0
0
7
0-22
0


E qrupu

22:00. Norveç – İsveçrə
23:30. Kipr – Sloveniya
00:30. İslandiya – Albaniya


1
İsveçrə
7
4
3
0
12-5
15
2
Norveç
7
3
2
2
9-7
11
3
Albaniya
7
3
1
3
7-7
10
4
İslandiya
7
3
1
3
12-13
10
5
Sloveniya
7
3
0
4
9-10
9
6
Kipr
7
1
1
5
4-11
4


F qrupu

20:00. Rusiya – İsrail
23:15. Lüksemburq – Şimali irlandiya


1
Portuqaliya
8
5
2
1
16-8
17
2
Rusiya
7
5
0
2
12-3
15
3
İsrail
7
3
3
1
16-9
12
4
Şimali İrlandiya
7
1
3
3
6-11
6
5
Azərbaycan
8
0
5
3
4-10
5
6
Lüksemburq
7
0
3
4
4-17
3


G qrupu

20:30. Litva – Lixtenşteyn
23:15. Slovakiya – Bosniya və Herseovina
23:45. Yunanıstan – Latviya


1
Bosniya-Herseqovina
7
5
1
1
23-4
16
2
Yunanıstan
7
5
1
1
8-4
16
3
Slovakiya
7
3
3
1
8-5
12
4
Latviya
7
2
1
4
8-15
7
5
Litva
7
1
2
4
5-10
5
6
Lixtenşteyn
7
0
2
5
3-17
2


H qrupu

23:45. San Marino – Polşa
23:45. Ukrayna – İngiltərə


1
İngiltərə
7
4
3
0
25-3
15
2
Monteneqro
8
4
3
1
15-8
15
3
Ukrayna
7
4
2
1
19-4
14
4
Polşa
7
2
4
1
13-8
10
5
Moldova
8
1
2
5
4-15
5
6
San Marino
7
0
0
7
0-38
0


İ qrupu

22:00. Gürcüstan – Finlandiya
00:00. Belarus – Fransa


1
İspaniya
6
4
2
0
10-2
14
2
Fransa
6
3
2
1
8-4
11
3
Finlandiya
6
1
3
2
4-6
6
4
Gürcüstan
6
1
2
3
3-7
5
5
Belarus
6
1
1
4
4-10
4