İnsult keçirən məşqçi AFFA-dan kömək gözləyir
09.09.2013 - 14:59
“AFFA-ya müraciət etmək mənə yaraşmaz. Gedib deyə bilmərəm ki, müalicə üçün mənə köməklik edin”. Bu sözlər apasport.az saytına açıqlamasında “Turan”nın sabiq baş məşqçisi Sakit Alıyev deyib.
Artıq xeyli vaxtdır millimizin də şərəfini qorumuş veteran futbolçunun səhhətində problem var. Lakin hazırda işsiz olduğundan müalicəsi üçün pul tapa bilmir. Yaxınlarının ümidinə qalan Alıyev bizimlə söhbətində AFFA-dan kömək gözlədiyini gizlətmədi: “Kömək istəməyə üzüm gəlmir. Tovuzun idman ictimaiyyəti mənim üçün müraciət edə bilər. Digər tərəfdən, AFFA-da çalışanlar da durumumdan xəbərsiz olmazlar. Hər halda, məsləhət bilsələr, yardım əli uzadarlar”.
Qeyd edək ki, vaxtı ilə millimizin formasını geyinən Sakit Alıyevin karyerası “Turan”la bağlıdır. O, futbolçusu olduğun klubda həm məşqçi, həm də baş məşqçi kimi çalışıb. Alıyev 2011-ci ilin may ayında komandaya məşq keçdiyi zamanı insult keçirərək yerə yıxılmış, ardından Tovuz rayon xəstəxanasında həkim nəzarəti altına götürülmüşdü.

0
0