Yığmamıza bu qədər qol vuran olmamışdı
09.09.2013 - 15:25
Yığmamıza bu qədər qol vuran olmamışdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, buna Avro-2015-in seçmə mərhələsinin İsraillə səfər oyununda 2:7 hesabı ilə uduzan Bernard Lippertin yetirmələri səbəb olub.

Belə ki, 1994-cü ildə seçmə mərhələlərdə debüt edən yığmamız 19 il ərzində heç vaxt 1 oyunda 7 qol buraxmamışdı. Bu antirekorda qədər ən pis nəticə 6 qolun buraxılması idi.

Seçmə mərhələlər tarixində 2 dəfə 6 qol buraxan yığmamızın ən böyükhesablı məğlubiyyətləri də həmin görüşlərdir. 2003-cü il oktyabrın 10-da İtaliya, 2011-ci il sentyabrın 1-də isə İngiltərə 6:0 hesabı ilə millimizə qalib gəlib. İsraillilər bu futbol nəhəngləri ilə müqayisədə daha çox qol vursa da, daha kiçik fərqlə qalib gəlib.

Bu 3 oyundan başqa daha 8 dəfə yığmamız 5 top fərqi ilə yenilib. Bu isə o deməkdir ki, millimiz 11-ci dəfə 5 və daha çox top fərqilə uduzub.