Namiq Məstanov: Bu kişi məsələyə normal yanaşır
09.09.2013 - 16:29
“Turan”ın adının “Turan T” ilə əvəzlənməsi ilə bağlı Tovuzda heç bir narazılıq yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında yeni yaradılan klubun vitse-prezidenti Namiq Məstanov deyib.
“Turan”ın sabiq baş məşqçisi Sakit Alıyev əməkdaşımızla söhbətində “Turan”ın adını dəyişən erməni kimi bir şeydi” ifadəsini işlədib. Məstanov buna cavab olaraq bildirib ki, onun üçün əsas klubun təsisçisi Vidadi Əhmədovun rəyidir: “Kim nə deyir özü bilər, ancaq mənim üçün önəmli olan Vidadi Əhmədovun nə düşündüyüdür. Bu kişi məsələyə normal yanaşır. Ümumiyyətlə, rayonda ağlı başında olan, düşüncəli insanlar komandanın “Turan T” adlandırılmasını anlayışla qarşılayırlar. “Turan” borclarını ödəyə bilməyib və dağılıb. Biz isə Tovuzda futbol olsun deyə, “Turan T” adında yeni klub yaratmışıq. Burda pis nə var ki?”

0
0