“Qəbələ” AZAL-la oyuna 2 yeni futbolçu ilə hazırlaşır - FOTO
09.09.2013 - 20:02
Topaz Premyer Liqasının VI turu çərçivəsində səfərdə AZAL-la qarşılaşacaq “Qəbələ” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar"ın düşərgəsinə iki yeni futbolçu qatılıb.
Bunlar "Qəbələ"nin əvəzedicilər heyətində çıxış edən Müşfiq Teymurov və Murad Musayevdir. Ampluaca müdafiəçi olan futbolçulardan Müşfiq 1993-cü il, Murad isə 1994-cü il təvəllüdlüdür.
Xatırladaq ki, hər iki futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.

0
0