Qattuzodan Kakaya dəstək
09.09.2013 - 20:58
“Milan”ın sabiq futbolçusu Cennaro Qattuzo klubun yeni transferi Kaka haqqında danışıb. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan Qattuzo 32 yaşlı yarımmüdafiəçidən faydalanmaq üçün səbirli olmağın vacibliyini qeyd edib.
O, Kakanın vaxta ehtiyacı olduğunu deyib: “Kakaya qarşı səbirli olmaq lazımdır. Ümid edirəm ki, azarkeşlər elə ilk gündən əvvəlki Kakanı seyr etmək arzusunda olmazlar. Onun son üç ildə elə də çox forma şansı əldə edə bilmədiyini unutmamalıyıq. Kaka mükəmməl futbolçudur. Onun soyunub-geyinmə otağında olmağı belə önəmlidir”.
Qeyd edək ki, Kaka bu yay “Real”dan sabiq klubu “Milan”a transfer olunub.

0
0