Marselo “Qalatasaray”a qarşı çıxış edə bilməyəcək
09.09.2013 - 21:54
Marselo “Qalatasaray”a qarşı çıxış edə bilməyəcək
Madrid “Real”ının futbolçusu Marselo iki həftə komandasına kömək edə bilməyəcək. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı müdafiəçinin zədələnməsidir.

Belə ki, O, milli komandası Braziliyanın Avstraliya ilə keçirdiyi hazırlıq matçında (6:0) sol budundan zədələnib. Bu gün tibbi müayinədən keçirilən futbolçunun 2 həftə forma geyə bilməyəcəyi açıqlanıb.

Bununla da Marselo “Real”ın “Vilyareal” və “Xetafe” ilə La Liqa, “Qalatasaray”la isə Çempionlar Liqası oyununu buraxmalı olacaq.