Pedro: Belə şəraitdə oynamaq heç də asan deyil
09.09.2013 - 23:02
“Barselona” və İspaniya millisinin futbolçusu Pedro Rodriqes “DÇ-2014”ün seçmə mərhələsindəki oyunlarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 26 yaşlı hücumçu Avropa və dünya kubokunu qazandıqdan sonra rəqiblərinin onlara qarşı daha sıx müdafiə olunmasından şikayətlənib.
Pedro oyunlarının çətin keçdiyini deyib: “Meydanda 50, 60, 70 faiz topa sahib oluruq və rəqiblərimiz bizə qarşı həddən artıq müdafiə olunurlar. Bu da işimizi çətinləşdirir. Xüsusilə də bu hücumçulara əziyyət verir . Hərəkət etməyimizə çox maneə olurlar. Belə şəraitdə oynamaq heç də asan deyil”.

0
0