“Çox məyus olduğumuz Azərbaycanla heç-heçədən sonra Rusiyaya gəldik”
09.09.2013 - 23:40
İsrail yığma komandasının baş məşqçisi Eli Qutman Rusiya ilə oyun öncəsi ölkə mətbuatına açıqlama verib. Apasport.az saytının məlumatına görə, bu gün keçirəcəkləri qarşılaşmanı dəyərləndirən Qutman Azərbaycan millisi ilə heç-heçəyə (1:1) də toxunub.
İsrailli mütəxəssis bu bərabərlikdən sonra çox məyus olduqlarını deyib: “İsrail millisi çox məyus olduğu Azərbaycanla heç-heçədən sonra Rusiyaya gəlib. Komandamız qrupun favoritlərindən birinə qarşı mübarizə aparacaq. Biz Azərbaycanla oyunda yaxşı mübarizə apardıq, amma qol vura bilmədik. Hesab edirəm ki, artıq keçmişi unudub gələcəyə baxmaq lazımdır. Rusiya ilə oyunun önəminin fərqindəyik və bu səfərdən müsbət nəticə ilə qayıtmaq istəyirik”.
Qeyd edək ki, Rusiya - İsrail görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

0
0