Flavinyo: Azərbaycan millisində inkişaf var
10.09.2013 - 00:07
“İsrail-Azərbaycan oyununu izlədim. Milli komandanız güclü rəqiblə layiqli mübarizə apardı”. Apasport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo klub saytına açıqlamasında deyib.
Millimizin İsraillə oyununu (1:1) dəyərləndirən braziliyalı yarımmüdafiəçi Azərbaycan futbolunun inkişafda olduğunu bildirib: “Məncə, bu inkişafın əsas səbəblərindən biri də milli çempionatın səviyyəsinin yüksəlməsidir. Bunda müəyyən qədər biz legionerlərin də rolu var. Son oyunlar göstərir ki, Azərbaycan millisində inkişaf var. Bu, bütün ölkələrdə belədir. “Neftçi”nin heyətində çoxlu sayda gənc yerli futbolçular çıxış edir. Düşünürəm ki, onlar da gələcəkdə milli komandaya cəlb olunacaq”.

0
0