“Belə rəqibə səfərdə qol vurmaq və yekunda heç-heçə etmək yaxşı nəticədir”
10.09.2013 - 00:31
“Millimizin İsrail yığması ilə oyunu çətin, bir o qədər də maraqlı alındı. Belə rəqibə səfərdə qol vurmaq və yekunda heç-heçə etmək məncə yaxşı nəticədir". Apasport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klub saytına açıqlamasında deyib.
İsrail-Azərbaycan (1:1) qarşılaşmasını dəyərləndirən gənc yarımmüdafiəçi millidə çıxış etmək istədiyini deyib:
"Hiss olunur ki, milli komanda günü-gündən daha yaxşı təsir bağışlayır. Komanda yoldaşlarım Mahir Şükürov və Araz Abdullayevin də bu nəticənin qazanılmasında böyük payı var. Yığma komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Mən də öz növbəmdə çalışacam ki, “Neftçi”nin heyətində möhkəmlənib mütəmadi olaraq milli komandanın heyətinə dəvət olunum".

0
0