“Simurq” yoxlama oyunundan sonra vətənə qayıtdı
10.09.2013 - 03:43
Milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasiləyə görə Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan “Simurq”, ötən gün yoxlama görüşü keçirdib. Apasport.az klub saytına istinadən xəbər verir ki, Zaqatala təmsilçisinin qonağı Rustavinin “Metallurq” klubu olub.
“Lokomotiv” təlim-məşq bazasında keçirilən maçtda qalib müəyyənləşməyib. Georgi Çixradze komandası 75-ci dəqiqədə Saif Ballo ilə hesabı açsa da, rəqibin cavab qoluna maneə ola bilməyib. Nəticədə tərəflər meydanı 1:1 hesablı bərabərliklə tərk edib.
“Simurq” bu oyunla da toplanışı başa vuraraq ölkəyə qayıdıb. Bir günlük istirahətdən sonra zaqatalalılar yenidən bir araya gələrək, növbəti turun hazırlıqlarına start verəcək.

0
0