Vilya: “Atletiko”ya Falkaonu unutdurmaq üçün gəlməmişəm
10.09.2013 - 04:22
“Atletiko”nun “Barselona”dan transfer etdiyi futbolçusu David Vilya gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan Vilya madridlilərin sabiq hücumçusu Radamel Falkaonu unutdurmaq üçün yox, kluba xidmət etmək üçün gəldiyini deyib.
31 yaşlı forvard Falkao ilə fərqli oyun üslublarına malik olduqlarını bildirib: “Falkao azarkeşlərin çox sevdiyi və heç vaxt unutmayacğı bir futbolçudur. Mən onu unutdurmaq üçün buraya gəlməmişəm. Onsuz da onunla fərqli oyun üslüblarına malikik. Mənim buradakı vəzifəm “Atletiko”nu daha böyük klub səviyyəsinə çatdırmaqdır”.
Qeyd edək ki, Hazırda Fransanın “Monako” klubunda çıxış edən Falkao “Atletiko” forması ilə keçirdiyi ötən iki mövsümdə 90 oyunda 71 qol vurub.

0
0