Kavani PSJ-dəki hədəflərindən danışdı
10.09.2013 - 05:54
PSJ-nin yeni transferi Edinson Kavani klubdakı hədəflərindən danışıb. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatına açıqlama verən 26 yaşlı hücumçu cari mövsümdə çempionatın bombardiri olmaq istədiyini deyib.
Kavani Fransa və İtaliya futbolunu da müqayisə edib: “İtaliyada olduğu kimi burada da çempionatın ən çox qol vuranı olsam, əla olar. Amma əsas məqsədim PSJ-də çempion olmaq. Komandamın çempionluğu üçün də əlimdən gələn hər şeyi edəcəyəm. Təbii ki, Fransa futbolunun fərqli cəhətləri var. Burada taktiki cəhətdən üstün oyun olmur. Amma futbolçuların fiziki hazırlığı güclü olur. Ona görə də Fransa futbolu digərlərinə nisbətən daha dinamikdir”.
Qeyd edək ki, Paraqvay millisinin də üzvü olan Kavani bu yay İtaliyanın “Napoli” klubundan PSJ-yə transfer olunub.

0
0