Millimiz Qrantın yolunu açdı
10.09.2013 - 08:55
DÇ-2014-ün təsnifat mərhələsinin son oyununda millimizlə bərabərə qalan (1:1) İsrail yığması işini çətinə saldı. Apasport.az saytının məlumatına görə, Eli Qutmanın rəhbərlik etdiyi kollektivin mundiala yollanmaq şans çox azdır. Məhz bu səbəbdən də İsrail Futbol Federasiyasının prezidenti Avi Luzon baş məşqçi postunda dəyişiklik etməyə qərar verib.
Artıq Qutmanı əvəzləyəcək çalışdırıcının kimliyi də bəllidir. Bu, “Çelsi”nin sabiq baş məşqçisi Avraam Qrantdır.
Rusiya mətbuatının yazdığına görə, yığmamızla Ramat-Qandakı heç-heçədən sonra tərəflər arasında görüş baş tutub. Luzon 2002-2006-cı illərdən milliyə rəhbərlik etmiş Qranta yenidən həmin postu tutmağı təklif edib. Böyük ehtimalla, 58 yaşlı mütəxəssis bu çağırışa müsbət cavab verəcək.
Qeyd edək ki, Eli Qutmanın İsrail millisi ilə mövcud müqaviləsinin müddəti ilin sonunda başa çatır.

0
0