Millinin baş məşqçisi İrəvanda xoşagəlməz halla üzləşdi
10.09.2013 - 09:35
Danimarka millisinin baş məşqçisi Morten Olsen İrəvanda xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar bu gün DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Ermənistan yığmasının qonağı olacaq. Oyun ərəfəsində təşkil edilən mətbuat konfransında sualları cavablandıran Olsen ermənilərə evdə 0:4 hesabı ilə uduzduqlarını xatırladaraq, bu məğlubiyyətin 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən terror hadisəsi qədər faciəvi olduğunu bildirib.
Lakin sonradan bu cür müqayisə aparmaqla səhvə yol verdiyini düşünən millinin çalışdırıcısı Danimarka Futbol İttifaqının rəsmi saytı vasitəsi ilə ictimaiyyətdən üzr istəyib: “Bu cür müqayisəyə görə, üzr istəyirəm. Belə bir ifadə işlətməklə, 11 sentyabrda zərər çəkənlərin qəlbinə dəymiş oldum”.

0
0