“Məsələ yalnız Özilin nə qədər qadına görə yuxusuz gecələr keçirməsində deyil”
10.09.2013 - 10:41
“Məsələ yalnız Özilin nə qədər qadına görə yuxusuz gecələr keçirməsində deyil”
“2010-cu ildə “Real”a gələndə, Özilin bir müsəlman kimi imanlı olması idmançı rejimini pozmağa imkan vermirdi. Lakin Madriddəki həyat onu mənfi yönə dəyişdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözlərin “Real”ın prezidenti Florentino Peres deyib.

Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özili 45 milyon avro qarşılığında London “Arsenal”ına satan Madrid klubu buna görə, ciddi qınaqla üzləşib.

Ancaq Peres hesab edir ki, Məsutu komandadan göndərməklə düzgün adım atıblar: “Məsələ yalnız Özilin nə qədər qadına görə yuxusuz gecələr keçirməsində deyil. Paytaxta onun üzünə fərqli bir həyat tərzi açılmışdı. Özilin əsl peşəkar olmadığını bəyan etmək üçün yetərincə əsasım var”.