“Əksər futbolçular bütün çirkabı komanda yoldaşlarının üzərinə atmağa başlayırlar”
10.09.2013 - 11:01
“Tənqidi qəbul etməyə hazıram. Məni ən çox tənqid edən elə özüməm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail millisinin yarımmüdafiəçisi Bibras Natxo deyib.
DÇ-2014-ün Rusiya ilə bu gün keçiriləcək seçmə oyunu ərəfəsində açıqlama verən futbolçu sentyabrın 7-də Azərbaycanla heç-heçədən (1:1) sonra komanda yoldaşlarının bir-birini günahkar çıxarmasına münasibət bildirib: “Bilirəm ki, belə vəziyyətlərdə əksər oyunçular bütün çirkabı komanda yoldaşlarının üzərinə atırlar. Lakin mən yalnız baş məşqçinin sözlərinə qulaq asıram. Qrupda layiq olduğumuz 3-ü yerdə qərarlaşmışıq. Bunun nəyi fiaskodur ki? Mətbuatdakı mənasız yazıları oxumuşam. Bilirəm ki, Eyal Berkoviç Qutmana Rusiyadakı oyuna getməməyi, indidən istefa verməyi məsləhət görüb. Nəsə mən xatırlamıram ki, Berkoviç İsrail millisini nə vaxt dünya və ya Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun məğlubiyyətdən sonra səfərə uçmayıb, evdə qaldığını da yadıma sala bilmirəm”.

0
0