“Şimali İrlandiya ilə oyunu izləmək istəməyənlər biletlərini qonşusuna verə bilərlər”
10.09.2013 - 12:04
“Bildiyiniz kimi, millimizin Şimali İrlandiya və Rusiya ilə oyunlarına satılan biletlə hər 2 matçı izləmək mümkün olacaq”. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
AFFA Şimali İrlandiya və Rusiya ilə oyunlara biletlərin satışını eyni vaxtda təşkil edəcək. Yəni, Şimali İrlandiya ilə oyuna bilet alanlar ruslarla qarşılaşmaya da həmin biletlə daxil olmaq imkanı əldə edəcək.
Ancaq ola bilər ki, azarkeş adalılarla qarşılaşmanı izləmək istəməsin. Məmmədov buna və biletlərin satışa çıxarılmasına dair bunları söylədi: “Şimali İrlandiya ilə oyunu izləmək istəməyənlər həmin biletləri qonşusuna, qohumuna və ya dostuna verə bilər. İstəmirik ki, azarkeş Rusiya yığmasına baxmaq üçün stadiona gəlsin. Biz istəyirik ki, Şimali İrlandiyaya gələnlər Rusiya ilə oyunda da komandaya dəstək olsun. Biletin orta qiyməti çox güman ki, 4 manat olacaq. Satış sentyabrın 20-dən başlayacaq”.
Qeyd edək ki, millimiz Şimali İrlandiya ilə oktyabrın 11-də, Rusiya ilə isə həmin ayın 15-də qarşılaşacaq. Hər 2 görüş “Bakcell Arena”da olacaq.
Səbuhi TOFİQOĞLU

0
0