Sankt-Peterburq Bakıya rəqib oldu
10.09.2013 - 12:17
Avro-2020-yə ev sahibliyinə daha bir namizəd şəhər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin 13 şəhərində baş tutacaq yarışa Rusiyanın Sankt-Peterburq şəhəri də iddia edəcək.
Belə ki, Rusiya Futbol İttifaqı məhz ölkənin 2-ci şəhərinin namizədliyini vermək niyyətindədir. Bununla bağlı qərar sentyabrın 12-də qurumun İcraiyyə Komitəsində rəsmiləşəcək. Sankt-Peterburq Avro-2020-in 4 oyununu qəbul etməyə iddialıdır. Bura qrup mərhələsinin 3 oyunu və 1/8, 1/4 final mərhələlərindəki 12 görüşdən biri daxildir.
Qeyd edək ki, AFFA Bakının da yarışa ev sahibliyi etməsi üçün paytaxtımızın namizədliyini irəli sürüb.

0
0