“Borussiya”dan baş məşqçisinə ömürlük müqavilə təklifi
10.09.2013 - 12:54
“Borussiya”dan baş məşqçisinə ömürlük müqavilə təklifi
Münhenqladbax “Borussiya”sının rəhbərliyi komandanın baş məşqçisi Lüsyen Favra qeyr-adi təklif etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin işindən razı qalan klub bossları onunla ömürlük müqavilə bağlamaq niyyətindədirlər.

Favrın mövcud müqaviləsi 2015-ci ilədək nəzərdə tutulub. Ancaq rəhbərlik artıq indidən onunla ömürlük sözləşmə imzalamaq istəyir.

Qeyd edək ki, Lüsyen Favr 2011-ci ildən “Borussiya”ya rəhbərlik edir. O, Münhenqladbah klubuna hələlik heç bir mükafat qazandırmasa da, gənc oyunçuların inkişafına verdiyi töhfə rəhbərliyin ürəyincədir.