Qarabağ: 5-i gəldi, 4-ü yoldadır
10.09.2013 - 13:22
Qarabağ: 5-i gəldi, 4-ü yoldadır
Topaz Premyer Liqasının VI turunda “Rəvan”ın qonağı olacaq “Qarabağ” hazırlıqlarını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, milli komandalarının oyunlarla əlaqədar Ağdam klubu məşqlərini 10 futbolçuyla davam etməyə məcbur olmuşdu.

Artıq Azərbaycan millisinin düşərgəsində olan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov geri dönüblər. Amma Ansi Aqolli ilə Admir Teli hələ də Albaniya, Nikolas Gelaşvili isə Gürcüstan yığmasının düşərgəsindədir. Ulrix Kapolonqo isə Konqo DR-in heyətində qol vuraraq millisini məğlubiyyətdən qurtararaq geri dönür.

Qeyd edək ki, “Rəvan” – “Qarabağ” oyunu sentyabrın 13-ü keçiriləcək. Saat 19:00-da başlayacaq matç “Bayıl Arena”da oynanılacaq.