Avropanın ən yaxşıları müəyyənləşdi
10.09.2013 - 14:04
Avropanın ən yaxşıları müəyyənləşdi
Avropa Klublar Assosiasiyası 2012/13 mövsümünün ən yaxşılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 4 klubunun da daxil olduğu qurum dörd nominasiyada ən yaxşıları mükafatlandırılıb.

Almaniyanın “Bavariya” komandası ən yaxşı klub kimi fərqlənib. Onların Çempionlar Liqasının finalında məğlub etdiyi həmyerliləri “Borussiya” (Dortmund) isə ən çox tərəqqiyə nail olan klub olub. Belçika təmsilçisi “Genk” azarkeşlərlə iş üzrə, İtaliya “Yuventus”u isə gənclərin yetişdirilməsi üçün qitənin ən yaxşısı seçilib.

Qeyd edək ki, Assosiasiyada Azərbaycanı “Neftçi”, AZAL, “Bakı” və “Xəzər Lənkəran” təmsil edir.