“Baku Yunayted”in futbolçusu Azərbaycana qarşı
10.09.2013 - 14:15
“Baku Yunayted”in futbolçusu Azərbaycana qarşı
Futzal üzrə Azərbaycan milli komandası ilə yoxlama oyunları keçirəcək Portuqaliya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Jorkr Braz sentyabrın 17-də və 18-də baş tutacaq qarşılaşmalara 14 oyunçu çağırıb.

Bu futzalçılardan 6-sı “Sportinq”, 3-ü “Benfika”nın şərəfini qoruyur. Rəqibimizin heyətində ölkə xaricində çıxış edən 4 oyunçu da var. Onlardan biri – Arnaldo Pereyra isə İngiltərə çempionatında çıxış edən “Baku Yunayted”in üzvüdür.

Qapıçılar: Kriştiano, Joao Benedito
Sahə oyunçuları: Co, Paulinyo, Pedro Kari, João Matos (hamısı “Sportinq”), Arnaldo Pereyra (“Baku Yunayted”, İngiltərə), Rikardinyo (“İnter Movistar”, İspaniya), Marinyo (“Luparense”, İtaliya), Fabio Aquyar (“Raba ETO qyor”, Macarıstan), Fabinyo (“Rio Ave”), Bruno Koelyo, Rikardo Fernandes, Joel Queirós (hamısı “Benfika”).