“Qolu bir az tez buraxsaydıq, bizi yandırmazdı” - MÜSAHİBƏ
10.09.2013 - 15:26
Milli komandamızın və “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- İsrail millisi ilə oyun haqqında nə deyə bilərsiniz? Heç-heçə edəcəyinizi gözləyirdiniz?
- Rəqibin güclü komanda olduğunu, yaxşı oynadığını bilirdik. Düzdür, bizə bir az əziyyət verdilər. Matça bizə təzyiq etməklə başladılar. Ancaq ilk qolu biz vurduq. 1 xal da bizim üçün qənaətbəxşdir. Heç-heçə edəcəyimizi gözləməyə gəlincə, mən oyundan öncə müsahibəmdə oyunun 1:1 hesabı ilə nəticələnəcəyini demişdim.
- Ancaq qələbə də qazana bilərdiniz…
- Düzdür, qalib gələ də bilərdik. Çünki qol vurmaq imkanlarımız vardı.
- Bəs hesabı qoruyub saxlaya bilməməyimizə səbəb nədir? Bizdə vurduğumuz qoldan sonra sanki arxayınlaşma gedir…
- Onlar şanslarından istifadə etməyi bacardı. Səbəb budur. Bizdə başqa qol vurmaq şansları vardı. Ancaq alınmadı. Hesabı qoruyub saxlaya bilmədik.
- İsraillə oyundan sonra Berti Foqts sizdən narazılığını ifadə etdi, yoxsa daha yaxşı oynaya biləcəyinizi dedi?
- Dedi ki, komandadan bundan da yaxşı oyun gözləyirmiş.
- Bir sözlə, yenə narazı qaldı…
- Biz inkişaf etmək istəyiriksə, bu nəticədən razı qalmaq olmaz axı. Qələbə qazansaydıq, bizdən razı qalardı. Xalımız da elə çox deyil. Cəmi 5 xalımız var.
- Qarşıda Şimali İrlandiya ilə oyun var. Səfərdəki oyunda qələbəni əldən qaçırdıqdan sonra futbolçularımızdan kimsə demişdi ki, biz Bakıda onları məğlub edəcəyik.
- Şimali İrlandiyaya qarşı yaxşı oynamışdıq. Onların da, bizim də qol vurmaq şanslarımız oldu. 96-cı dəqiqədə qapımızdan top buraxdıq. Halbuki qələbəyə biz çox yaxın idik. Bu, futboldur. Bir dəqiqənin içərisində hər şey dəyişə bilir. Orda çox üzülmüşdük. Niyə? Çünki qolu bir az erkən buraxsaydıq, bizi yandırmazdı. Son dəqiqədə top buraxdığımızı nəzərə almasaq, ordan 1 xal qazanmaq da pis nəticə deyildi. Ancaq bu dəfə evdə oynayacağıq deyə, artıq 3 xal haqda düşünməliyik.
Səbuhi TOFİQOĞLU

0
0