“Almaniyaya qarşı oynamaq üçün millinin 15 futbolçusu işdən icazə alıb”
10.09.2013 - 15:35
“Almaniyaya qarşı oynamaq üçün millinin 15 futbolçusu işdən icazə alıb”
Bu gün Farer adalarının milli komandası üçün önəmli gündür. Apasport.az saytının məlumatına görə, “cırtdan” ölkə təmsilçisi DÇ-2014-ün seçmə mərhələsində Almaniya yığmasını qəbul edəcək.

Görüşlə bağlı əsas maraqlı məqam meydan sahiblərinin heyəti ilə bağlıdır. Belə ki, komanda da peşəkar futbolçuların sayı çox azdır. Baş məşqçi Lars Olsen matçdan əvvəl təşkil olunan mətbuat konfransında Bundestimə qarşı oynamaq üçün 15 futbolçunun işdən icazə aldığını bəyan edib: “Komandanın 8 üzvü peşəkar futbolçudur. Digərləri adi həyat tərzi sürür və hərəsinin öz peşəsi var. Onlar yalnız oyundan oyuna milliyə qoşulurlar. Məsələn, Almaniyaya qarşı oynamaq üçün 15 futbolçu işdən icazə alıb. Hələlik futbolçuların milliyə buraxılmaları ilə bağlı problem olmayıb”.

Qeyd edək ki, Farer adaları – Almaniya matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.