“İsraillə oyun Azərbaycanla matçdan daha çətin olacaq”
10.09.2013 - 15:53
Moskva “Spartak”ının sabiq sahibi Andrey Çerviçenko Azərbaycan milli komandasını çətin rəqib saymır. Apasport.az saytının məlumatına görə, 46 yaşlı biznesmen DÇ-2014-ün seçmə mərhələsində Rusiya millisinin yığmamızla son oyunda xal itirəcəyinə inanmır.
Çerviçenko şimallılar üçün bu gün İsraillə baş tutacaq qarşılaşmanı daha vacib sayır: “İsrail yığmasını məğlub etsək, demək olar ki, dünya çempionatına vəsiqə qazanacağıq. Düzdür, qarşıda Azərbaycan yığması ilə də oyun var. Lakin ən çətin matç İsraillə olacaq. Lakin onlardan güclü olan komandamız qalib gəlməlidir”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu oktyabrın 15-də Bakıda keçiriləcək.

0
0