“Rəvan” itkisiz hazırlaşır
10.09.2013 - 16:55
“Rəvan” itkisiz hazırlaşır
"Rəvan” Topaz Premyer Liqasının VI turu çərçivəsində "Qarabağ”ı qəbul edəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu oyuna hazırlığı davam etdirir.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlər "Bayıl Arena”da baş tutur. Hazırlıqda komandanın bütün heyət üzvləri iştirak edir. Son yoxlama oyununda yüngül zədəsi olduğu üçün iştirak etməyən futbolçular – Aqil Nəbiyev, Əziz Quliyev, Rəşad Abdullayev və Elvin Həsənəliyev də kollektivlə birgə çalışır. Elə zədəsini sağaldan Xuan Manuel Varea da komanda ilə ümumi məşqlərə qatılır.

Qeyd edək ki, "Rəvan” – "Qarabağ” oyunu sentyabrın 13-də "Bayıl Arena”da keçiriləcək. Saat 19:00-da başlayacaq görüş "İdman Azərbaycan” kanalı ilə də canlı yayımlanacaq.