Millimizin hücumçusu yenə qol vura bilmədi
10.09.2013 - 17:50
Yığma komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” millilərin oyunları ilə bağlı fasilədən yararlanaraq 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ordu təmsilçisi çempionatda rəqiblərindən olan “Samsunspor”u evdə qəbul edib.
Bu görüşdə Subaşiç start heyətində yer alıb. Serbiyalı futbolçu ilk dəqiqələrdən fəallığı ilə seçilib. O, 4-cü dəqiqədə Fərhat Öztorunun asmasından sonar topa yaxşı yüksələrək başla zərbə endirsə də, rəqib müdafiəçi qola mane olub. Bundan 8 dəqiqə sonar Subaşiç məhsuldar ötürmə müəllifi ola bilərmiş. Onun sağ cinahdan asmasından sonra Ərən Özən topu saxlamadan vurub, ancaq bu dəfə də qapıçı zərbəni zərərsizləşdirib.
Bundan sonra “Samsunspor” ilk hissədə 2 qol vurub önə keçib. Ancaq ikinci hissədə meydan sahibləri tarazlığı bərpa edə bilib – 2:2. Subaşiç isə 71-ci dəqiqədə gənc hücumçu Ziya Alkurtla əvəzlənib.
Qeyd edək ki, bu, “Orduspor”la “Samsunspor”un 3-cü oyunu idi. Biri hazırlıq, digəri çempionat matçı olan digər qarşılaşmalarda da tərəflərdən qalib gələn olmamışdı. Bundan öncəki görüşlər qolsuz bərabərə bitmişdi.

0
0