Araz Abdullayev: Milli komandada böyük rəqabət var
10.09.2013 - 18:08
Araz Abdullayev: Milli komandada böyük rəqabət var
“Fikrimcə, azarkeşlər maraqlı oyunun şahidi oldular. Səfərdə oynadığımızı nəzərə alsaq, 1 xalı yaxşı nəticə saymaq olar”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.

Gənc oyunçu 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İsrail - Azərbaycan oyunu (1:1) ilə bağlı fikirlərini klubunun rəsmi saytına açıqlayıb: “Milli komandaya mütəmadi dəvət almaq üçün daim yaxşı formada olmalısan. “Neftçi”də olduğu kimi, burada da böyük rəqabət var. Seçmə mərhələdəki növbəti oyunumuzu evdə Şimali İrlandiyaya qarşı keçirəcəyik. Qələbə qazansaq, turnir cədvəlində 4-cü pilləyə yüksələcəyik. İnanıram ki, bunun öhdəsindən gələcəyik”.

Qeyd edək ki, yarımmüdafiənin sağında yer alan Araz fasilədən sonra Qara Qarayevlə əvəzlənib.