“Qələbəni əldən verdiyimizə görə təəssüflənirəm”
10.09.2013 - 18:15
“Qələbəni əldən verdiyimizə görə təəssüflənirəm”
“İsrail səfərindən azı 1 xalla qayıtmaq istəyirdik. Məncə, elə hesab da oyuna görə oldu”. Apasport.az saytının məlumatına görə, bunu millinin müdafiəçisi Mahir Şükürov deyib.

“Neftçi”nin vitse-kapitanı olan Mahir Şükürov milli komandamızın İsrail yığması ilə oyunu (1:1) haqda fikirlərini klubun rəsmi saytına bölüşüb. Təcrübəli müdafiəçi qələbəni əldən verdikləri üçün təəssüfləndiyini bildirib: “Amma yenə də qələbəni əldən verdiyimizə görə təəssüflənirəm. İsrail kimi rəqiblə hər iki oyunda heç-heçə etmək yaxşı nəticədir. Son iki qarşılaşmanı evdə keçirəcəyik. Həmin görüşlərdə qalib gəlib azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Mahir Şükürov bu görüşdə 90 dəqiqə meydanda olub. Təcrübəli futbolçu yenə müdafiənin sağında mübarizə aparıb.