“Xəzər Lənkəran” məşqi yarımçıq dayandırdı, sabahkı oyun baş tutmaya bilər
10.09.2013 - 19:36
“Xəzər Lənkəran” məşqi yarımçıq dayandırdı, sabahkı oyun baş tutmaya bilər
Topaz Premyer Liqasının VI turunda “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün iki dəfə məşq edib.

Saat 10:00-da baş tutan səhər məşqə Covanni Melkiorenin müxtəlif fiziki çalışmaları ilə start verilib. Ardınca isə Con Toşak taktiki hazırlıqlarını keçib. Lənkəranda günorta saatlarında başlayan güclü yağış axşam məşqinin cəmi 50-dəqiqə davam etməsinə səbəb olub. Millinin düşərgəsindən qayıdan Rahid Əmirquliyev və Rasim Ramaldanov saat 18:00-da başlayan və daha çox taktiki çalışmalardan ibarət olan axşam məşqinə qatılıbar. Onlardan fərqli olaraq U-19 millisinin heyətində olan Ağabala Ramazanov hələ geri dönməyib.

Digər bir məlumata görə, sabah əsas və əvəzedici heyətlər arasında keçirilməsi nəzərdə tutulan yoxlama oyunu baş tutmaya bilər.

Mənbə: 12cioyuncu.info