Fatih Terim Rumıniya üzərindəki qələbəni dəyərləndirdi
11.09.2013 - 02:55
“Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Bu matçdakı 2:0 hesablı qalibiyyətdən sonra ümidimiz artdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində səfərdə Rumıniya ilə 2:0 hesablı qələbəni dəyərləndirən təcrübəli mütəxəssis son iki qalibiyyətə baxmayaraq, yenə də şanslarının az olduğunu bildirib: “Mən bura gələndə futbolçularıma iki söz söylədim. Uduzmaqdan və səhv etməkdən qorxmayın. Bildiyiniz kimi, Rumıniyadan daha yuxarı pilləyə qalxdıq. Allah çalışana kömək edir. Futbolçularımız çox şalışdı. Önəmli olan qələbə qazanmaqdır. Allah yolumuzu açıq etsin. Əgər söhbət bayraqdan, milli marşdan gedirsə, kiçik bəhanələri qəbul edə bilmərik. Hamı fədakarlıq etməlidir. Hamımız inandıq. Bizim hələ də çox şansımız yoxdur. İpin üstündən yıxılmadan davam etməliyik. Bizə inanan hər kəsə çox təşəkkür edirəm. Qarşımızda iki önəmli oyun var. Hələ heç nə bitməyib”.
Qeyd edək ki, Türkiyə millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 11-də, səfərdə Estoniyaya qarşı keçirəcək.

0
0