Aleksandr Səmədov: Hər şey Azərbaycanda həll olunacaq
11.09.2013 - 04:51
Aleksandr Səmədov: Hər şey Azərbaycanda həll olunacaq
“İsraillə oyuna start heyətdə çıxmağım mənim üçün gözlənilməz olmadı. Bunu normal qarşıladım. Qonaqların qapısına hələ ilk yarıda qol vura bilərdik. Amma yaratdığımız imkanlardan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Aleksandr Səmədov deyib.

Əslən azərbaycanlı olan, 2003-cü ildə milli komandamızın toplanışına qatılan futbolçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan İsraillə qarşılaşma haqda danışıb. Yarımmüdafiəçimiz 3:1 hesablı qələbəyə baxmayaraq hər şeyin oktyabrın 15-də Bakıda Azərbaycan millisi ilə görüşdə həll olunacağını bildirib: “İkinci hissədə ardıcıl 2 qol vurulduqdan sonra oyunumuz alınmağa başladı.

Mən Aleksey Tumakla ilk dəfə idi ki, yaxın oynayırdım. Ona görə də bir-birimizi başa düşə bilmirdik. Hesab edirəm ki, zaman keçdikcə bu problem öz həllini tapacaq. İlk hissə qolsuz heç-heçə ilə başa çatdığına görə, baş məşqçimiz fasilədə bizdən daha fəal olmağımızı istədi. Biz də onun dediyini etdik. İndi elə alınır ki, hər şey Azərbaycanla səfər oyununda həll olunacaq”.

Qeyd edək ki, Rusiya millisi bu qələbədən sonra F qrupunda liderliyə yüksəlib və Portuqaliyanı 1 xal qabaqlayır.