“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə oynadı
11.09.2013 - 08:33
Dünən Reykyavik şəhərinin “Layqardalsvedlür” stadionunda baş tutan İslandiya – Albaniya oyununda təmsilçilərimizdən biri də çıxış edib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda “Qarabağ”ın müdafiəçisi Admir Teli də meydanda olub.
Teli start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 78-ci dəqiqədə İngiltərənin məşhur hakimi Andre Marriner tərəfindən sarı vərəqə ilə də cəzalandırılıb.
Qeyd edək ki, Teli bundan öncə Sloveniyaya qarşı 90 dəqiqə oynamışdı. “Qarabağ”ın digər müdafiəçisi Ansi Aqolli isə məhz həmin oyunda vərəqə alaraq cəzalı duruma düşdüyü üçün bu dəfə meydana çıxmayıb.

0
0