Portuqaliya pentakampeonlarla bacarmadı
11.09.2013 - 08:40
Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə oyunlarına çıxmayan komandalar yoxlama matçlarında qüvvələrini sınayıb.
Günün ən maraqlı oyunları dünya çempionları İspaniya və 5 dəfə planetin ən yaxşısı olan Braziliyanın iştirakı ilə olub. Pireneylilər Çili ilə qarşılaşmada çətinliklə üzləşib. Nəticədə qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.
Seçmə mərhələnin F qrupunda Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya isə Braziliyanın qonağı olub. 17-ci dəqiqədə Raul Meyreleşin qolu ilə rəqibimiz hesabı açsa da, pentakampeonlar fasiləyədək oyunda dönüş yaradıb. Tyaqo Silva ilə Neymar komandasını irəli çıxarıb. İkinci yarıda isə Jo matçda son nöqtəni qoyub – 3:1.
Yaponiya – Qana – 3:1
Cənubi Koreya – Xorvatiya – 1:2
Çin – Malayziya – 2:0
Honkonq – Sinqapur – 1:0
Nigeriya – Burkina-Faso – 4:1
Kanada – Mavritaniya – 0:1
CAR – Zimbabve – 1:2
İspaniya - Çili – 2:2
Braziliya – Portuqaliya – 3:1

0
0