Gelaşvili oynadı, Sxadadze baxdı
11.09.2013 - 08:49
Gelaşvili oynadı, Sxadadze baxdı
Gürcüstan millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qafqazlılar Tiflisdəki “Boris Payçadze” stadionunda Finlandiya yığmasını qəbul edib. Görüşün taleyini qonaq komandanın futbolçusu Roman Yeremenkonun 74-cü dəqiqədə penaltidən vurduğu qol həll edib – 0:1.

Bu matça ölkəmizdə top qovan “Qarabağ”ın hüçumçusu da iştirak edib. Start heyətində yer alan Nikoloz Gelaşvili 57-ci dəqiqədə Elquca Qriqalaşvili ilə əvəzlənib. İlk dəfə Gürcüstan millisinə dəvət alan “İnter”in forvardı Baçana Sxadadze isə ehtiyatda qalıb.
Qeyd edək ki, keçirdiyi 7 oyundan sonra hesabında 5 xal olan Gürcüstan yığması yer aldığı İ qrupunda 4-cü pillədə qərarlaşıb.