“Bakı”nın futbolçuları Lixtenşteyn qələbəsinə sevindi
11.09.2013 - 08:57
 “Bakı”nın futbolçuları Lixtenşteyn qələbəsinə sevindi
“Bakı”nın futbolçuları dünən Litvanın Mariyampole şəhərində keçirilən Lixtenşteynlə oyunun iştirakçıları olub. Apasport.az saytının məlumatına görə, sağ cinah yarımmüdafiəçisi Deyvidas Çesnauskislə oyun qurucusu olan Mindauqas Kalonas start heyətində meydana çıxıb.

Litvanın 2:0 hesabı ilə qələbə qazandığı görüşdə Çesnauskis 90 dəqiqə meydanda olub. Kalonas isə 72-ci dəqiqədə “Jalgiris”in yarımmüdafiəçisi Mantas Kuklisi ilə əvəzlənib.

Qeyd edək ki, bundan öncə Çesnauskislə Kalonas Latviyaya qarşı oynamışdı. Deyvidas 40, Kalonas isə 86 dəqiqə meydanda olmuşdu.