Millimiz “Çernomorets”ə qalib gəldi
11.09.2013 - 09:45
Millimiz “Çernomorets”ə qalib gəldi
Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Çernomorets” klubu ilə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, qarşılaşma 4:2 hesabı ilə yığmamzın xeyrinə başa çatıb.

Rusiya təmsilçisinin qapısından topları Adil Nağıyev, Ruslan Nəsirli, Samir Məsimov və Namiq Ələskərov keçirib.

Qeyd ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız “Kuban” klubunun əvəzedici komandasına 5:2 hesabı ilə qalib gəlmişdi.

Mənbə: affa.az