Çexiya yığmasının baş məşqçi istefa verdi
11.09.2013 - 09:52
Çexiya yığmasının baş məşqçi istefa verdi
Çexiya millisinin baş məşqçisi Mihal Bilek istefa verib. Apasport.az saytının məlumatına görə, buna DÇ-2014-ün seçmə mərhələsindəki uğursuz çıxış səbəb olub.

İtaliyaya 1:2 hesablı məğlubiyyətdən sonra istefa qərarını açıqlayan mütəxəssis addımını belə izah edib: “Biz final mərhələsinə yüksəlmək istəyirdik. Lakin istəyimiz gerçəkləşməyəcək. Çox məyusam. Dünya çempionatına çıxmaq vəzifəsinin öhdəsindən gələ bilmədiyim üçün istefa verirəm”.

Qeyd edək ki, Çexiya yığmasını Avro-2012-nin final mərhələsinə çıxaran Bilek yığmada 2009-cu ilin oktyabrında debüt edib. Mütəxəssisin bu postda ilk sınağı BƏƏ-də keçirilən beynəlxalq turnir olub. Yarımfinalda meydan sahibləri ilə qolsuz heç-heçə edib, penaltilər seriyasında uduzan Bilekin yetirmələri 3-cü yer uğrunda matçda Azərbaycan yığmasından 2 cavabsız qol buraxaraq sonuncu olmuşdu.