“Xəzər Lənkəran”ın bəyənmədiyi futbolçu komandasını mundiala çıxartdı - FOTO
11.09.2013 - 10:21
“Xəzər Lənkəran”ın bəyənmədiyi futbolçu komandasını mundiala çıxartdı - FOTO
“Xəzər Lənkəran”ın sabiq hücumçusu Rendall Brenes ölkəsində qəhrəmana çevrilib. Apasport.az saytının məlumatına görə, o, Kinqstonun “İndependens Park” stadionunda keçirilən Yamayka – Kosta-Rika matçında qol vurmaqla, komandasını dünya çempionatına çıxarıb.

Belə ki, 67-ci dəqiqədə Norveçin “Volerenqa” klubunun yarımmüdafiəçisi Dieqo Kalvonun yerinə meydana daxil olan 30 yaşlı futbolçu az sonra görüşdə hesabı açıb. Brenes meydana girdikdən 8 dəqiqə sonra fərqlənib. Meydan sahibləri son dəqiqələrdə hesabı bərabərləşdirsə də, Kosta-Rikanın qazandığı 1 xal onun dünya çempionatına çıxmasını rəsmiləşdirməsi üçün bəs edib.

Qeyd edək ki, Rendall Brenes ötən ilin qışında Cüneyt Biçərin vaxtında “Xəzər Lənkəran”a transfer olunub. Ancaq Yunis Hüseynovun vaxtında, yəni ötən ilin yayında komandadan ayrılaraq cənublulara kimi oynadığı “Kartaxines” klubua keçib.